“İnter”in və İtaliya millisinin əfsanəvi oyunçusu Sandro Matsola vəfat edib
1 min read

“İnter”in və İtaliya millisinin əfsanəvi oyunçusu Sandro Matsola vəfat edib

İtaliya millisinin heyətində 1968-ci il futbol üzrə Avropa çempionu olan Sandro Matsola 84 yaşında vəfat edib.

Canlixeber.com xəbər verir ki, bu barədə yarımmüdafiəçinin bütün oyun karyerasını keçirdiyi “İnter”in mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbləri açıqlanmır.

Klubun heyətində Matsola iki dəfə Avropa Çempionlar Kubokunu və Qitələrarası Kuboku qazanıb, dörd dəfə isə İtaliya çempionu olub. 1966-cı ildə Matsola Avropa Çempionlar Kubokunun start mərhələsinin ilk matçında Moskvanın “Torpedo” komandasının qapısına qol vurub (1:0). Sovet klubları üçün həmin görüş Avropanın ən nüfuzlu klub turnirində ilk idi.

İtaliya millisinin heyətində Matsola 70 matç keçirib və 22 qol vurub. O, üç dəfə dünya çempionatlarında çıxış edib və 1970-ci il turnirinin gümüş mükafatçısıdır.