İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı sərəncam
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
