İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib.
Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.
