Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq filialının şöbə müdiri vəzifəsindən azad edilib.
Canlixeber.com xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Musazadə Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq Filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad olunub.
