Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu
1 min read

Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu

Hacıqabulda qətl törədilib.

Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.

İlkin ehtimala görə, Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.