Hərbçilər üçün vacib qərar – Şərtlər açıqlandı
1 min read

Hərbçilər üçün vacib qərar – Şərtlər açıqlandı

Hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin hansı hallarda verilə biləcəyi açıqlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinə əsasən, dinc və müharibə dövründə hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət verilə bilər.

Məzuniyyət hərbi qulluqçunun ailə üzvlərinin və himayəsində olduğu digər şəxslərin ağır xəstələnməsi və ya vəfat etməsi, ailəsinin yanğın və ya təbii fəlakətə məruz qalması hallarında verilə bilər.

Bundan başqa, hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olan digər xüsusi hallarda da qısa müddətli məzuniyyət nəzərdə tutulur.

Ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə yerli bələdiyyə orqanı və ya müalicə müəssisəsi tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.