Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
