Həftə sonu ölkə ərazisində 150 kiloqram narkotik aşkarlanıb
1 min read

Həftə sonu ölkə ərazisində 150 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də və 28-də ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.


Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox həşiş olub.


Həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 188 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 9934 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.