“Gəncə” basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb
“Gəncə” klubu basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb.
Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
Gəncə basketbol məktəbinin yetirməsi olan 24 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna kimi müqavilə bağlanıb.
