Gürcüstanda azərbaycanlı iş adamı öldü
1 min read

Gürcüstanda azərbaycanlı iş adamı öldü

Gürcüstanda Marneuli-Ağbulaq yolunun “Mal bazarı” adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.

Həyatını itirən şəxsin bölgədə məşhur restoranlardan birinin sahibi Namiq Qocayev olduğu bildirilir.