Gürcüstan DTX-nın rəhbəri istefa verib
1 min read

Gürcüstan DTX-nın rəhbəri istefa verib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Geka Geladze istefa verib.

Canlixeber.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

O vurğulayıb ki, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirəcək.

Qeyd edək ki, Geka Geladze bu ilin aprelindən DTX-nın rəhbəri vəzifəsini tuturdu. Bundan öncə isə o, daxili işlər naziri olub.