Güclü yağış Şəkinin bir kəndində ciddi fəsadlar törətdi
1 min read

Güclü yağış Şəkinin bir kəndində ciddi fəsadlar törətdi

Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib.

Canlixeber.com xəbər verir ki, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb.

Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb.

Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.