Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü
Göyçay rayonunda üçaylıq körpə ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb. Bu zaman qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
