Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü
Gəncədə 68 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Canlixeber.com xəbər verir ki, şəhər sakini, 1958-ci il təvəllüdlü Cavid Əliyev ehtiyatsızlıqdan elektrik naqilinə toxunub.
Nəticədə onu cərəyan vuraraq öldürüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
