Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü
1 min read

Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü

Füzuli rayonunda 12 yaşlı uşaq ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsində baş verib.

Rayonun Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov avqustun 15-də Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan R.Namazov xəstəxanaya yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, o, avqustun 28-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.