Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
1 min read

Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Canlixeber.com xəbər verir ki, o, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Moldova – Fransa oyununda hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20:30-da Moldovada baş tutacaq.