Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
1 min read

Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.