Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
1 min read

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.

“Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsində 10 nəfər, o cümlədən Məhkəmə Aktlarının Məcburi İcrasının Təmin Edilməsi Xidmətinin Şirak ərazi bölməsinin rəisi və daha 2 vəzifəli şəxs saxlanılıb”, – komitədən bildiriblər.

3 vəzifəli şəxs həbs edilib. Digər təqsirləndirilən şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib. İstintaq davam edir.