Əli Əsədov gəmi qəzasına görə Ünal Üstelə başsağlığı verib
1 min read

Əli Əsədov gəmi qəzasına görə Ünal Üstelə başsağlığı verib

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan ölümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.