Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb
1 min read

Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Canlixeber.com xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda Rumıniya – İsveç qarşılaşmasını idarə edəcək.

Oktyabrın 5-də Buxarestdə keçiriləcək oyunda Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.