Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB
1 min read

Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb.

Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər.

Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.