DYP sürücülərə müraciət edib
1 min read

DYP sürücülərə müraciət edib

BDYPİ: Yağışlı havada sürəti azaldın!

Gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir.

Canlixeber.com xəbər verir ki, bu bərədə Bas Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

Müraciətdə qeyd edilib ki, BDYPİ sürücülərə yağışlı hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevr və qəfil tormozlamadan çəkinməyi tövsiyə edir:

“Unutmaq olmaz ki, yol nişanında göstərilən maksimal sürət həddi hər bir hava şəraitində həmin sürətlə hərəkət etməyin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü mövcud şəraiti düzgün qiymətləndirməli və sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir.

Yağışlı havada sürəti azaltmaq sadəcə ehtiyat tədbiri deyil, təhlükəsizliyin əsas şərtlərindən biridir”.