Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb
1 min read

Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Canlixeber.com xəbər verir ki, o, 1/8 finalda Yakub Sordili (Polşa) üstələyib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.