Dünya çempionatı: Azərbaycan idmançısı qırğız rəqibini ipponla məğlub etdi
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında ilk görüşünə çıxıb.
Canlixeber.com xəbər verir ki, idmançımız 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə üz-üzə gəlib.
Görüş Kokaurinin qələbəsi ilə başa çatıb. Dünya çempionatının mükafatçısı rəqibini ipponla məğlub edərək mübarizəni davam etdirib.
