Dünən 2 tondan artıq çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 5342 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin yabanı halda bitmiş 2,1 ton çəkidə 1967 ədəd narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
