Dövlət əmlakını mənimsəyənlərə cəza istənildi
1 min read

Dövlət əmlakını mənimsəyənlərə cəza istənildi

Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlər – Elnur Əzimovun 15 il, Emin Adıgözəlovun 12 il 6 ay, Nazim Qarayevin 13 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müdafiə tərəfi çıxışlara hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses oktyabrın 20-nə təyin edilib.

Xatırladaq ki, Nazim Qarayev, Emin Adıgözəlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193.1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.