Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.
Canlixeber.com xəbər verir ki, Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.
“Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar”, – məlumatda qeyd olunub.
