DİN: İtkin düşən 8 nəfər tapılıb
İtkin düşən 8 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
