DİN: İtkin düşən 8 nəfər tapılıb
1 min read

DİN: İtkin düşən 8 nəfər tapılıb

İtkin düşən 8 nəfər tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.