DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı
1 min read

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.