Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı
1 min read

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.

Qeyd edək ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.