Çempionlar Liqasında böyük sınaq: “Sabah” “Hapoel Beer-Şeva” SƏFƏRİNDƏ
1 min read

Çempionlar Liqasında böyük sınaq: “Sabah” “Hapoel Beer-Şeva” SƏFƏRİNDƏ

“Sabah” klubu bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.

Canlixeber.com xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununda İsrailin “Hapoel Beer-Şeva” klubunun qonağı olacaq.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, bu mərhələnin cavab qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

19 avqust

Saat 23:00, “Hapoel Beer-Şeva” – “Sabah”.