Siyasət
Prezident: “Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”
“Bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Dövlətimizin başçısı bildirib ki, artıq ölkəmizdə çox yaxşı investisiya mühiti var.
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Bakıda Prezident İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü keçirilir. Canlixeber.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı […]
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib. Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyi, eyni qaydada, inkişaf və humanitar yardım […]
Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.İsmayılov Zəngilan rayonunun Vənədli kəndində anadan olub. O, uzun illər dövlət rabitəsi, informasiya təhlükəsizliyi və xüsusi xidmət sahəsində fəaliyyət göstərib. […]
Naxçıvana yeni təhsil naziri təyin olundu
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı qərarlar bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilib. Digər qərarla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan […]
İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlara […]
İlham Əliyev bəzi hərbçiləri təltif etdi – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Abbasov Abbas Tofiq oğlu – polkovnik […]
Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidan ilə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı müzakirə edib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək […]
İlham Əliyev: “Sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır”
“Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır”. Canlixeber.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb. “Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini bir daha […]
Azərbaycan Prezidenti: “Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı halqasına və qapıya çevrilib”
“Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır”. Canlixeber.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb. Prezident […]
