Siyasət
Azərbaycan və Ekvador arasında xüsusi pasport sahibləri üçün VİZALAR LƏĞV EDİLDİ
Azərbaycan ilə Ekvador arasında viza tələblərindən azad edilməsi haqqında saziş təsdiq edilib. Canlixeber.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra saziş səsverməyə […]
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) saat 11:30-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 […]
Azovda gəmilərə hücum zamanı həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. “Müvafiq […]
XİN: Azov dənizində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti yaxşıdır
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş […]
Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Canlixeber.com President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən, aşağıdakı sənədlərdə dəyişikliklər təsdiq edilib: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin […]
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır – FƏRMAN
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılır. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib. Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin […]
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və buğda göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək. Canlixeber.com xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq. Qatar saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM
Asəf Hacı oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Asəf Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib. “Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin […]
Mirzoyan: Ermənistan Rusiyadan asılılığı azaldıb
Ermənistan son illərdə siyasi, iqtisadi və enerji sahələrində bir mərkəzdən — xüsusilə Rusiyadan asılılığını azaldaraq, əməkdaşlıq etdiyi ölkələrin sayını genişləndirib. Canlixeber.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Arorat Mirzoyan deyib. Onun sözlərinə görə, Ermənistan uzun illər özünü təhlükəsizlik baxımından “böyük müttəfiqə” ehtiyac duyan ölkə kimi görüb: “Bu yanaşma zamanla dəyişib, çünki müəyyən məqamlarda gözlənilən dəstəyin […]
