Siyasət
İlham Əliyev Malayziya Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimi təbrik edib. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tərəfdaşlıq əlaqələrinin […]
İlham Əliyev Sadır Japarovu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Sadır Japarova təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Sadır Nurqojoyeviç, Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu gün Qırğızıstan Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi […]
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı […]
Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Qardaş Qırğızıstan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Milli Günün mübarək, Qırğızıstan!! – paylaşımda qeyd olunub.
Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib – Hikmət Hacıyev
Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımında bildirib. “Bu baxımdan, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, […]
Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Zəfər Bayramı münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib. “30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla […]
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. Canlixeber.com məktubun mətnini təqdim edir: “Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə sizi və sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan […]
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib
Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı Qərarda deyilir. Baş nazirin qərarı ilə diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib. Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq […]
Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq
Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib. Canlixeber.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının […]
Valentina Matviyenko Mehriban Əliyevaya məktub göndərib
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimi qəbul edin. Çoxillik səmərəli əməyiniz, xüsusi peşəkarlığınız və Azərbaycan Respublikasına sədaqətli xidmətiniz Sizə Vətəndə və onun hüdudlarından kənarda layiqli […]
