Siyasət
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib. Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Media sahəsində vahid qurum yaradılır
Milli Məclis media sahəsində vahid qurum – Media və Yayım Şurasının yaradılmasını son oxunuşda qəbul edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media […]
Azərbaycanda dövlət qurumu ləğv edildi
Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxs ləğv edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin edəcək.
Tarixi abidələrlə bağlı YENİ QƏRAR
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq. Həmçinin […]
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində […]
Azərbaycan Baş Prokurorluğu Monteneqrodan gələn sorğunu icra etdi
Monteneqro Respublikasından daxil olmuş hüquqi yardım sorğusu Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən icra olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib. Sorğu Monteneqro Respublikasının ərazisində baş vermiş qəsdən adam öldürmə faktı […]
Azərbaycanda qumar oyunlarının keçirilməsinə ilə bağlı cəzalar sərtləşdirilir
Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir. Canlixeber.com xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, qumar oyunları: Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması […]
Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Azərbaycan Rusiyaya nota verdi
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim […]
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik. 4 İyul bayramınız […]
