1 min read

Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək. Canxəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

1 min read

İtkin-şəhid Akif Qurbanovun qalıqları dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib. Canlixeber.com xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. […]

1 min read

Vüsal Nəsirli onu rəhbər təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mais Nəsirov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yerli yolların tikintisi departamentinin rəhbəri təyin edilib.

1 min read

Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

Avqustun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda […]

1 min read

78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.

1 min read

Bu rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə”Azərişıq” ASC məlumat yayıb. Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində […]

1 min read

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də paytaxtın Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə”Azərişıq” ASC məlumat yayıb. Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir […]

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi […]

1 min read

Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq

Dəmir yolu bileti satışı Qlobal Paylama Sisteminə (GDS) inteqrasiya ediləcək. Canlixeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Sənədə əsasən regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi […]

2 mins read

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin 130 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2027-ci ilin yanvar ayında anadan olmasının 130 illiyi tamam olan Əziz Əliyevin yubileyinə dair tədbirlər planının hazırlanması və həyata keçirilməsi Səhiyyə […]