Cəmiyyət
Bu gün hava necə olacaq?
Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi […]
Kəlbəcərə dolu yağıb
Avqustun 28-i saat 15:30-a olan məlumata əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10-12 mm olan dolu yağıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Dolu həmçinin rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə də düşüb. Belə ki, saat 15:02-15:16 radələrində həmin əraziyə diametri 15-20 mm olan […]
Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ
Azərbaycan daxili işlər orqanlarında ağır itki baş verib. Canlixeber.com xəbər verir ki, polis polkovnik-leytenantı Mehman Əhmədov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhum müxtəlif illərdə Qax və Balakən rayonlarının daxili işlər orqanlarında, eləcə də digər strukturlarda müxtəlif məsul vəzifələrdə çalışıb. O, xidmətini başa vurduqdan sonra təqaüdə çıxmışdı.
Meteor yağışı olacaq
Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Verilən xəbərə görə, Aurigidlər yüksəksürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometasıdır. Bu […]
Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir. Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət […]
Bəzi rayonlara leysan yağıb, güclü külək əsir – FAKTİKİ HAVA
Avqustun 28-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 28-i saat 9:00 olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv […]
Şəxsi məlumatlarınızı heç kimə göndərməyin, kiberdələduzluğun yeni üsulları- DİN çağırış edir
Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər […]
Bəzi ərazilərdə elektrik kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş və yenidənqurma işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 28-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi […]
