2 mins read

Media və Yayım Şurası çağırış etdi

“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və […]

1 min read

Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə oktyabrın 5-dən oktyabrın 11-dək 34 tank əleyhinə mina, 327 piyada əleyhinə mina, 624 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 1239,1 ha ərazi […]

1 min read

Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Oktyabrın 12-də Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə təmir və yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Əsəd Əhmədov, […]

1 min read

Bəzi ərazilərdə işıq olmayacaq

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 12:00-dan […]

1 min read

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – Xəbərdarlıq

Oktyabrın 12-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 21-26° isti […]

7 mins read

Məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat: “Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik”

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. Canlixeber.com həmin bəyanatı təqdim edir: “Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə […]

1 min read

Rəhimə Xosrovqızı yüksək vəzifəyə təyin olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holdinq) yeni təyinat baş tutub. Canlixeber.com Yurd.Media-ya istinadən xəbər verir ki, Rəhimə Xosrovqızı Holdinqdə Telekommunikasiya strategiyası və biznes təhlili departamentinin müdiri təyin edilib. O, daha əvvəl AZCON Holdinqdə menecer vəzifəsində çalışıb. R.Xosrovqızı ondan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində hesabatlılıq üzrə rəhbər vəzifəsində işləyib.

1 min read

Ayaz Vəfalı vəfat etdi

Görkəmli şair, tərcüməçi, uzun müddət “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib. Canlixeber.com xəbər verir ki, bu haqda kulturoloq Aydın Xan məlumat yayıb. Ayaz Rza oğlu Cəfərov 1937-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Əməkdar incəsənət xadimi olub. O, müxtəlif illərdə […]