Cəmiyyət
AAYDA-da yeni təyinat olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həmid Mübah oğlu Mehdiyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Normativ hüquqi aktlar və hüquqi tənzimləmə şöbəsinin müdiri təyin edilib. Həmid Mehdiyev bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Daxili nəzarət şöbəsinin […]
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ
Sentyabr ayı yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə […]
DYP sürücülərə müraciət edib
BDYPİ: Yağışlı havada sürəti azaldın! Gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir. Canlixeber.com xəbər verir ki, bu bərədə Bas Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib. Müraciətdə qeyd edilib […]
Bakının bir hissəsində İŞIQ OLMAYACAQ
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, […]
Bu gün hava necə olacaq?
Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağıntının arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam saatlarında isə yağıntının intensiv və qısamüddətli olacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu […]
Paytaxta güclü leysan gəlir: Dağ çaylarından isə sel keçə bilər
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın […]
Avqustun 31-də yollarda təhlükə arta bilər: Sürücülərə ÇAĞIRIŞ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib. Canlixeber.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv və […]
Azərbaycanda güclü külək gözlənilir: Sarı və narıncı XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə güclü külək əsəcək. Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, […]
Azərbaycanda hava kəskin dəyişəcək: FHN əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və […]
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb – FAKTİKİ HAVA
Avqustun 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 30-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli və […]
