Cəmiyyət
Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyunun 8-dən 15-dək 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina, 497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1668.8 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, […]
Audiovizual media subyektlərinin Media Reyestrinə daxil edilmələri üçün müddət müəyyənləşir
Audiovizual media subyektlərinin Media Reyestrinə daxil edilmələri üçün müddət müəyyənləşir. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Mövcud qanunvericiliyə görə, müvafiq tələblərə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrinə […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki iyunun 16-da ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
İyunun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz […]
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib
Paytaxtda 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, layihənin davamı olaraq: -Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının, -Lermontov küçəsi, 22 nömrəli […]
Bakının 6 rayonunda yollar təmir olunacaq – SİYAHI
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, […]
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq – SİYAHI
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edirlər. Canlixeber.com konkret.az-a istinadlaxəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycanda normal şərtlərdə 18 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar hərbi […]
Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir. Canlixeber.com xəbər verir ki, bununla əlaqədar ölkə ərazisindəki bütün rəsmi çimərliklər vətəndaşların, həmçinin turistlərin istifadəsinə verilir. Yay tətilini dəniz kənarında keçirmək istəyənlərin rahat və təhlükəsiz istirahəti üçün aidiyyəti dövlət qurumları tərəfindən zəruri hazırlıq və təmizlik işləri yekunlaşdırılıb. Vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə çimərlik ərazilərində Fövqəladə Hallar […]
Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
İyunun 15-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə, Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, […]
Azad edilmiş ərazilərdə yaşayan insanların sayı açıqlandı
İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata qovuşur, məktəblərdə və uşaq bağçalarında uşaqların gülüş səsləri eşidilir. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda söyləyib. O bildirib ki, yeni tikilmiş müasir yaşayış komplekslərində isə keçmiş qaçqın və məcburi […]
