Cəmiyyət
Bakının bir çox ərazisində SU QRAFİKLƏ VERİLİR – SİYAHI
Bakının bir sıra rayonlarında suyun fasilə ilə verilməsinin səbəbi açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb: “Nəticədə müxtəlif rayonların […]
Azərbaycanda Əməkdar müəllim VƏFAT ETDİ
Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdiri Ələkbər Hüseynov vəfat edib. Canlixeber.com xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, universitetin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri vəzifəsində çalışıb və texnika elmləri doktoru, professor olub. Belə ki, Ələkbər Hüseynov Prezidentinin Sərəncamı ilə 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Sabah Goranboy və Samuxun bəzi ərazilərində qaz kəsiləcək
Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bir qəpiyə satılan yumurtalar SAXTA olub? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda yumurta qiymətlərinin kəskin düşməsi ilə bağlı bir sıra KİV-də, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi məlumat yayıb. Bildirilib ki, bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir: “Ölkəmizə xaricdən ərzaqlıq yumurta […]
Azərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ – RƏSMİ
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır. Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri […]
Sürayyə Hacıyeva yüksək vəzifəyə təyin olundu
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Canlixeber.com xəbər verir ki, jurnalist Sürayyə Hacıyeva bu vəzifəyə təyinat alıb. Xatırladaq ki, S.Hacıyeva bu təyinata qədər AZƏRTAC-da çalışıb.
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 22-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 20-21, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq
FHN çimərliklərlə bağlı xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb: “Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır […]
Bu gün hava necə olacaq?
İyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-22° […]
