Cəmiyyət
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək
Sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür. Qeyd edilib […]
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar
Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. “Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. […]
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 18-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 […]
QMİ rəsmisi: Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb
Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. “Birinci təyyarə ilə yola düşən zəvvarlar artıq Cöhfə miqatındadırlar. Orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar. İkinci zəvvar təyyarəsi isə indi […]
Bəzi ərazilərdə yağış davam edir- FAKTİKİ HAVA
Mayın 17-si saat 17:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Quba, Qrız, Şabran, Lerikdə yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
“Azərişıq”da kadr dəyişikliyi- Rəis vəzifəsindən azad edildi
“Azərişıq” ASC-də növbəti kadr dəyişikliyi baş verib. Canlixeber.com Publika.az-a istinadla xəbər verir ki, “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi Aqil Xəlilov tutduğu vəzifədən ayrılıb. Bildirilir ki, bununla bağlı rəsmi əmr verilib. pizza mizzaHazırda onun yerinə yeni rəhbər təyin edilməyib
Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır
Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hazırda Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı 70-103 mm qeydə alınır ki, bu aylıq normanın 355-523%-ni təşkil edir. Qeyd edək ki, 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106 mm-ə çatıb ki, bu da […]
Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir
Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən Canlixeber.com-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə […]
