1 min read

Bakıda istiqaməti dəyişdirilən avtobusların fəaliyyəti bərpa edilir

WUF13 ilə əlaqədar 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, […]

1 min read

Naxçıvana uçuşlar bərpa edildi

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir. AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri […]

1 min read

Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. Canlixeber.com xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.

1 min read

Azərbaycan Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi vəfat edib

Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum 41 yaşında dünyasını dəyişib. Qeyd edək ki, F.Mirzəyev iqtisad elimləri üzrə fəlsəfə doktoru, dosent olub.

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Yasamal, Xəzər və Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə”Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamalda yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Xəzər rayonunda […]

1 min read

Bu gün hava necə olacaq?

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. […]

1 min read

Yasamal rayonunun bəzi ərazilərinin elektrik təchizatında fasilə yaranacaq

Sabah Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, görüləcək işlərlə əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli […]

1 min read

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür – FAKTİKİ HAVA

Mayın 21-i saat 16:30-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 21-i saat 16:30-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, […]

1 min read

Bakı və Abşeronda yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 21-i gecə saatlarından 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 00:00-04:00 arasında yağışın bir qədər intensivləşəcəyi ehtimalı var.