Cəlilabadda 19 yaşlı gənc suda boğuldu
1 min read

Cəlilabadda 19 yaşlı gənc suda boğuldu

Cəlilabad sakini suda boğulub.

Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.