Bəzi ərazilərdə yağış yağır, küləyin sürəti 28 m/s-yə çatır – FAKTİKİ HAVA
Mayın 29-u saat 16:00-a olan faktiki hava durumu açıqlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.
