Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
1 min read

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

İyulun 30-31-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.