Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Canlixeber.com İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl “Bakı Telefon Rabitəsi” MMC-nin 6 saylı RXM-də rəis müavini vəzifələrində çalışıb. Daha əvvəllər isə “Aztelekom”un Saatlı TQK-nın rəisi, Abşeron TQK-nın rəis müavini vəzifələrində işləyib.
