Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü
1 min read

Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü

Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.