Beyləqanda maşın ağaca çırpıldı, dörd nəfər xəsarət aldı
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Zülfüqar Şükürovun sürdüyü “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişinləri – Adilə Şükürova, Məhsəti Səfəri və onun həyat yoldaşı, iranəsilli Azərbaycan vətəndaşı Hassani Səfər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
